PITS Global Data Recovery Services 99% müvəffəqiyyət göstəricili RAID massivlərdən məlumatların bərpası xidmətini təklif edir. Sertifikatlı mühəndislərimiz hər hansı bir RAID konfiqurasiyasından və əməliyyat sistemindən məlumatları uğurla bərpa edir. İstənilən növ RAID massivləri və ya server sistemləri üçün hər cür məlumat bərpa həllərimiz mövcuddur.

RAID Massivlər Nə Üçün İstifadə Olunur?

RAID massiv birdən çox müstəqil disklərdən ibarət yaddaş qurğusudur. RAID massiv texnologiyaları serverlərdə və məlumat saxlama qurğularında olduqca geniş istifadə olunur. RAID massivlər əsasən istifadə olunan yaddaşın tutumunu genişləndirmək üçün istifadə edilir.

Qabaqcıl məlumat saxlama və emal sistemi olan RAID massivləri dünyanın hər yerində kiçik və iri müəssisələr tərəfindən geniş istifadə olunur. Bundan əlavə, bu massivlər standart yaddaş qurğularına nisbətdə daha sürətli və etibarlıdır.

RAID Massivlərin Sıradan Çıxma Səbəbləri

Üstünlüklərinə baxmayaraq RAID massivlər də digər qurğular kimi sıradan çıxa bilir. RAID massivlərdəki xətalar böyük ölçüdə məlumatlarla işlənməsi və buna görə də mexaniki hissələrə düşən yüksək gərginlik səbəbindən baş verir. RAID server xətaları çox ciddi məlumat itkisi və problemlərə səbəb ola bilir.

RAID massivlər yüzlərlə terabayt vacib məlumatları özündə saxlayır. Beləcə bəzi yüksək səviyyəli RAID serverlərində problem yaranma ehtimalı 5%-ə qədər aşağı olsa da, kiçik bir ehtimalla ani bir elektrik dalğası və ya hər hansı mexaniki xəta səbəbindən baş verə biləcək şanssızlıq fəlakətlərə səbəb ola bilər.

RAID massivlərdə baş verə biləcək xətalar aşağıdakılardır:
  • RAID kontrollerin sıradan çıxması
  • Yanlış yaddaş yenilənməsi
  • Birdən çox sərt diskdə xətaların olması
  • Serverin sıradan çıxması
  • Faylın təsadüfi silinməsi
  • Virus və ya zərərli proqramların təsiri

RAID massivinizdə saxlanılan məlumatlarınıza müraciət zamanı hər hansı bir problemlə qarşılaşsanız cihazı diqqətlə qapamalı və dərhal təcrübəli bir RAID məlumat bərpa şirkəti ilə əlaqə saxlamalısınız.

Bu massivlərdə hər hansı bir məlumat bərpa proqramı qurmaq və ya RAID massivinin yenidən qurulması prosesinə cəhd etmək qəti şəkildə məsləhət görülmür. Bütün bu cəhdlərin sərt disklərdə saxlanılan məlumatların daimi itirilməsinə gətirib çıxarma ehtimalı olduqca yüksəkdir.

Qeyd: Həmişə oxucularımıza RAID serverlərini düzgün şəkildə idarə etmək və ciddi məlumat itkisi riskini minimuma endirmək üçün bəzi məsləhətlər verməyə çalışırıq. Bundan əlavə məlumatların bərpası prosesi başa çatdıqdan sonra yenidən məlumat itkisi yaşamamağınız üçün sizə əlavə bir fərdi ehtiyat planı təqdim edəcəyik.

RAID massivinin bərpası məsuliyyətli bir yanaşma və əlverişli şərtlər tələb edən çox mürəkkəb bir prosesdir. Xoşbəxtlikdən mühəndislərimiz istənilən növ sıradan çıxmış RAID massivdən və ya serverdən məlumatlarınızı uğurla bərpa edirlər. Bu önəmli xidmətə maksimal dərəcədə məsuliyyətli yanaşmaqla RAID məlumat bərpa xidmətləri üçün 99% müvəffəqiyyət göstəricimizi qoruyub saxlayırıq.

Göstərdiyimiz RAID məlumar bərpası xidmətlərimizin üstünlükləri:

  • Təcrübəli məlumat bərpa mühəndisləri
  • Ən qabaqcıl texnologiya
  • Qabaqcıl RAID bərpa laboratoriyası və müxtəlif təyinatlı RAID bərpa proqram təminatları
  • Məsuliyyətli müştəri xidmətləri komandası
  • Prioritet xidmət seçimləri və ən sürətli geridönüş
Bərpa edə biləcəyimiz RAID növləri:
  • RAID 0, RAID 1E, RAID 3, RAID 5, RAID 6, RAID 7 və digər ən çox yayılmış RAID növləri
  • RAID 10, RAID 50, RAID 60, RAID 50E və digər birləşdirilmiş RAID növləri
  • Synology HybridRAID, mdadm, LVM, Apple Software RAID, Intel Matrix, Windows Dynamic disks, MS Storage Spaces və digər istehsalçılara məxsus RAID növləri

RAID Massiv Sıradan Çıxdıqda Nə Etməli

RAID massivi və ya server bölümləri ilə bağlı bir problem müşahidə etdiyiniz zaman bütün sistemi etibarlı şəkildə qapamalı və dəqiq səbəbini anlamalısınız.

Adətən RAID sistemlərinin saxlanılması və idarə edilməsindən məsul olan sistem mühəndisləri problemi özləri həll etməyə cəhd edirlər. Bu cəhdlər massivdə saxlanılan məlumatlar və məsələnin həlli üçün əlavə problemlərə gətirib çıxarır.

Proqram tərəfindən təklif olunan avtomatik “üzərinəyazma”, “quraşdırma” və “təmizləmə” seçimlərini təsdiqləməkdən çəkinin. Avtomatlaşdırılmış proqram təminatının “tövsiyyə etdiyi” hər hansı bir əməliyyatı həyata keçirməzdən əvvəl şirkətin İT şöbəsi ilə məsləhət etmək daha məqsədə uyğundur. 

RAID bərpa mütəxəssislərimizlə birbaşa əlaqə qurmaq və peşəkar yardım almaq üçün (051) 405-8000 əlaqə nömrəsi ilə bizə müraciət edə bilərsiniz. Bütün kritik məlumatlarınızın və iş mühitinizin bərpa olunacağından əmin ola bilərsiniz.

RAID Növləri

Bütün RAID növlərindən məlumatları uğurla bərpa edirik. Məsələn:

RAID 0

RAID 0 sərt disklərin sürətini optimallaşdıran massivdir və "disk stripping" adlanır. Texniklərimiz RAID 0 massivlərini uğurla bərpa etmək üçün inkişaf etmiş məlumat bərpa qurğularından istifadə edirlər.

RAID 1

RAID 1 sistemi məlumatları “güzgü” texnologiyası əsasında yazır və buna görə də bütün disklərdə eyni məlumatlar saxlanılır. Mühəndislərimiz istənilən məlumat itkisi zamanı RAID 1 massivindən məlumatlarınızı uğurla bərpa edirlər.

RAID 5

RAID 5 massivi hər bir diskdə problemli vəziyyətlər üçün paylanmış bir paritet funksiyasına malikdir. Ən populyar RAID massivi hesab olunur. Bütün növ serverləri və RAID massivlərini bərpa etmək üçün illərlə təcrübəmiz vardır.

RAID 6

RAID 6 massivlərində məlumatlar hər diskdə iki paritet bloku olmaqla paylanılır ki, bu da tək bir sərt disk xətası sonrasında RAID massivin yenidən qurulmasına kömək edir. Bu massivindən məlumatların bərpası üçün xüsusi məlumat bərpa texnikalarından istifadə edirik.

RAID 10

RAID 10 və ya RAID 1+0 massivi hər dəstdə bir sıradan çıxmış disk olduğu halda işini davam etdirə bilir. Mühəndislərimiz bütün sistemlərdən aynalı (mirrored) və zolaqlı (stripped) məlumatları bərpa edirlər.

RAID 50

RAID 50 massivləri RAID 0-ın blok səviyyəli zolağını istifadə edir və hər dəstdə RAID 5 massivində olduğu kimi bir paritet diskə malikdir. Mütəxəssislərimiz RAID 50 massivlərindən məlumatların bərpası üçün ən son vasitələrdən istifadə edirlər.

RAID və server zədələnmələri məhsul və xidmətlərinizi təqdim edə bilməməniz səbəbindən yüksək həcmdə gəlir itkisinə səbəb ola bilər. Xoşbəxtlikdən məlumat bərpa mühəndislərimiz müştərilərimizin serverlərini mümkün qədər qısa müddətdə işlək vəziyyətinə gətirmək üçün gecə-gündüz çalışırlar. Beynəlxalq səviyyədə tanınan sertifikatlara sahib etibarlı, sürətli, peşəkar ,müsbət və maksimal nəticəyə yönəlmiş RAID məlumat bərpa xidmətlərini təqdim edirik.
Gəlirlərinizin və zamanınızın dəyərli olduğunu başa düşürük və buna görə də dərhal hərəkət etməyə, önəmli biznes məlumatlarınızı itirməməyə təşviq edirik.

RAID Məlumat Bərpasında Mütəxəssisləri Seçin!

Bəzi müəssisələr üçün RAID-in mümkün olan ən qısa müddətdə bərpası çox vacibdir. Bu cür həssas hallarda, yalnız 8-48 saat davam edən təcili məlumat bərpa xidmətləri təqdim edirik.

Bir və ya daha çox diskin qeyri-normal işlədiyini və ya istifadə zamanı bir “klik” səsi müşahidə etsəniz bir mütəxəssislə məsləhətləşmədən heç bir addım atmayın. Səhv atılan addımlar “domino” effektinə səbəb ola bilər və məlumatları tamamilə məhv edə bilər.

Xətalı RAID massivinizi bizə təqdim edərək dəyərli fayl sistemlərinizin etibarlı əllərdə olduğuna əmin ola bilərsiniz. Məlumatlarınızı diqqətlə və təhlükəsiz şəkildə bərpa edib serverinizin funksionallığını bərpa edəcəyik. Peşəkar xidmətdən yararlanmaq üçün sadəcə olaraq bizimlə əlaqə saxlayın.