PITS Global Data Recovery Services müasir texnologiyalardan istifadə edərək, istənilən yaddaş qurğusundan itirilmiş, zədələnmiş və ya əlçatmaz məlumatların bərpası üzrə ixtisaslaşıb. Şəxsi fayllardan tutmuş kritik biznes məlumatlarınadək – biz sürətli, təhlükəsiz və etibarlı bərpa həlləri təqdim etməyə sadiqik.
Zəng edin
PITS Global Data Recovery Services bütün dünya üzrə müəssisələr və fərdlər üçün inkişaf etmiş məlumat bərpa xidmətləri şirkətidir.
Təcrübəli mühəndislərimiz məlumat itikisinin səbəbindən asılı olmayaraq zədələnmiş sərt diskləri, RAID sistemlərini, SSD qurğuları və ya hər hansı digər rəqəmsal yaddaş qurğularından məlumatları bərpa edə bilir. Hər cür cihaz və əməliyyat sistemlərindən məlumatarı 99% müvəffəqiyyət əldə edərək uğurla bərpa edirlər.
Komandamız ən yaxşı nəticəni əldə etmək məqsədi ilə lazım olan resursları əldə etmək üçün möhkəm tədbirlər görür. Bu təcrübə ilə, illərdi yaddaş qurğularındakı məlumatları bərpa etməkdə 99% uğur dərəcəsinə sahibik.
PITS Global Data Recovery Services hər zaman müştərilərinin hər hansı bir məlumat itkisi ilə qarşılaşdıqda məlumatlarını onlara geri qaytarmaq üçün buradadır.
Bizim şirkət məlumatların təcililiyini başa düşür və müxtəlif müddətli xidmətlər təklif edərək daima xidmət çeşidliliyini genişləndirir. Bununla birlikdə, biz yeni tendensiyaları izləyirik və hər növ zədələnmə ilə işləmək üçün mövcud bərpa metodlarını və texnikalarını inkişaf etdiririk.
Məlumat itkisi ilə bağlı vəziyyəti müzakirə etmək üçün ilkin konsultasiya ilə başlayırıq. Əməkdaşlarımız qiymətləndirmə prosesini izah edərək, hər bir mərhələni tam şəkildə başa düşməyinizi təmin edirlər.
Qərarınızı verdikdən sonra ofisimizə yaxınlaşırsınız və sizi qeydiyyata alırıq. Daha sonra əməkdaşlarımız cihazı qiymətləndirir və məlumatların bərpa olunma ehtimalını müəyyən edirlər. Bu qiymətləndirmənin nəticələrinə əsasən, vəziyyətə uyğun bərpa planı hazırlanır.
Qiymətləndirmədən sonra dəqiq bir qiymət təklifi təqdim olunur. Qiymət zədələnmənin dərəcəsi, bərpa prosesinin mürəkkəbliyi və tələb olunan müddətə əsasən təyin edilir. Əgər davam etməyə qərar versəniz, bərpa prosesinə başlayırıq. Əks halda, daşıyıcınız heç bir əlavə öhdəlik olmadan dərhal geri qaytarılır.
Məlumatlar uğurla bərpa olunduqdan sonra sizi ofisimizə dəvət edirik və yoxlama sessiyası keçirilir. Təsdiqdən sonra siz yeni yaddaş qurğusu təqdim edirsiniz və bərpa edilmiş fayllar həmin qurğuya nüsxələnir. Bütün proses boyu məlumatlarınızın məxfiliyi və təhlükəsizliyi tam şəkildə qorunur.
Biz, 99% uğur dərəcəsinə sahib olan məlumatların bərpa edilməsi xidmətlərində dünya lideriyik. Şirkətlərə, qurumlar və fərdi istifadəçilərə əhəmiyyətli məlumatlarını istifadə etdikləri nasaz yaddaş cihazlardan bərpa etmələrində kömək edirik.
Məlumatların bərpa edilməsinin keyfiyyəti müştərilərimiz üçün böyük önəm daşıdığını başa düşürük. Biz, məlumatları orijinal keyfiyyət və strukturunda, maksimal uğur dərəcəsi ilə bərpa edirik.
Bizim sertifikatlı mühəndislərimiz ətraflı texniki bilikləri və məlumatların bərpa edilməsi sahəsindəki çox illik təcrübələri sayəsində ən çətin bərpa proseslərində belə situasiyanı düzgün idarə edə və məlumatları işlək şəkildə bərpa edə bilir.
Azərbaycanın lider məlumat bərpa şirkətlərindən biri olaraq, yüksək keyfiyyətli məlumat bərpa xidmətləri ilə birlikdə, həmdə müştəri xidməti təqdim etməyə diqqət yetiririk. Müştərilərimizdən saysız – hesabsız müsbət rəylər əldə etdik və etməyə davam edirik.
Bizimlə 012 311 01 32 nömrəsi ilə əlaqə saxlaya və peşəkar xidmətlərimizdən yararlana bilərsiniz.
100,000+ Bərpa Edilmiş Qurğular
Peşəkar Bərpa
Təcrübəli komandamız vacibli məlumatlarınızı bərpa etməyi hədəfləyir. Yaddaş qurğusunun vəziyyətindən aslı olmayaraq ən yaxşı nəticəni almaq üçün mümkün bütün cəhdləri edir, səylə işləyirik. İndi müraciət edin və sizin üçün vacib olanı bərpa edək.
Formadakı bütün sahələr doldurulmalıdır.