Aşağıdakı şərtlər “PITS Global Data Recovery Services” olaraq iş görən – PITS Global Data Recovery Services – Bakı şəhər, Yasamal rayonu, AF Business House, Nizami küçəsi 203B, ünvanında yerləşən ofisə çatdırılan məlumatların bərpası xidmətlərinin sorğusunu, qeydiyyata alınmasını həyata keçirir. “PITS Global Data Recovery Services” istənilən vaxt bu şərtlərdə dəyişiklik etmək hüququnu özündə saxlayır. Buna görə də məlumat bərpa işini təqdim etməzdən əvvəl Şərt və qaydalarımızla tam olaraq tanış olmanızı tövsiyə edirik.
Məlumat bərpa xidmətlərinə ehtiyacınız varsa qurğunuzu ödənişli qiymətləndirmə xidmətləri üçün Bakı şəhər, Yasamal rayonu, AF Business House, Nizami küçəsi 203B, ünvanında yerləşən ofisimizə gətirə bilərsiniz. Məkan bölmələrimizdə ünvanımız qeyd olunmuşdur.
Qiymətləndirmə Prosesi:
Məlumat bərpa prosesinin mümkünlüyünü və işin həcmini təyin etmək üçün bütün yaddaş qurğuları ilkin texniki müayinə olunmalıdır. Qiymətləndirmə prosesi, sürətli xidmətlər və məlumatların bərpası xidməti istisna olmaqla, ilkin texniki müayinə müddəti 2 iş gününə (48 saat) qədər davam edə bilər. İlkin texniki müayinə 2 iş günü (48 saat) ərzində tamamlanmadığı halda müştəri ilə əlaqə saxlanılır və məlumat verilir (yazılı və ya şifahi). İlkin texniki müayinə ödənişlidir və xidmət haqqı 50 (əlli) manat təşkil edir və dəyəri heç bir halda geri ödənilmir. Təcili ilkin texniki müayinə xidməti 100 (yüz) manat təşkil və nəticəsi 8 iş saatı ərzində müştəriyə bildirilir. İlkin texniki müayinənin nəticəsi yalnız qeydiyyat vərəqində qeyd edilmiş əlaqə vasitələrinə göndərilir.
Xidmət Təklifi və Bərpa Prosesinin İcazəsi:
Müayinənin nəticəsi təqdim olunduqdan sonra sizə göndərilən qiymət listindəki məlumatların bərpası məbləği ilə tanış olduqdan sonra məlumatların bərpası xidmətinin dəyərini və şərtlərini qəbul etdiyiniz təqdirdə seçdiyiniz xidmətin qiymətini və müddətini yazılı olaraq bizə bildirib, bərpa işlərinin başlanılması üçün həmin məbləğin 50%-i qədərində avans olaraq ön ödəmə edirsiniz. Məlumatların bərpası mümkün olmadığı halda bu məbləğ müştəri tərəfinə geri ödənilir. Yalnız uğurlu məlumat bərpası sonrasında ödənişin qalığ hissəsi alınır və məlumatlar təhvil verilir.
Ümumilikdə geri dönüş müddəti ən yaxşı şərtlərlə tənzimlənir. Bununla birlikdə, məlumatların bərpası sahəsinin təbiətinə görə bərpa əməliyyatları zamanı bəzən gözlənilməz hallar, müəyyən fəsadlar və digər texniki problemlər yarana bilər və bu zaman qeyd ediləndən daha uzun müddətdə nəticələr təhvil verilə bilər. Qaydalar və Şərtləri təsdiq edərək bu cür gecikmələrin mümkünlüyünü avtomatik olaraq qəbul edirsiniz.
Məlumatların bərpası ilə əlaqəli sonradan yaranan hər hansı bir xərc, müvəffəqiyyətlə bərpa edilmiş məlumatların əvvəlcədən razılaşdırılmış qiymətinə əlavə olunmur.
Müştəri hər zaman düzgün medianın təqdim olunduğundan əmin olmalıdır. Təqdim olunan medianın hər hansı bir şifrələməyə malik olduğunu və ya şifrə ilə qorunduğunu gördüyümüz halda, bizə düzgün şifrələmə açarını və/və ya şifrənizi təqdim etməyinizi xahiş edəcəyik. Bu məlumatlar məlumatların bərpası prosesinə davam etmək üçün lazımdır.
Uğurlu Bərpa:
Yaddaş qurğunuzdakı hər hansı bir məlumatın bərpa oluna biləcəyini müəyyən etmək üçün bütün mümkün üsullardan istifadə edəcəyik və hər cür səy göstərəcəyik. Məlumatlarınızı bərpası uğurla başa çatdıqda təqdim etdiyiniz e-poçt ünvanı və telefon nömrəsi ilə sizi xəbərdar edəcəyik və ofisimizə yaxınlaşaraq fayl yoxlama sessiyası təşkil edəcəyik. Bərpa olunmuş nəticələri yoxladıqda və qəbul etdikdə siz nəğd və ya köçürmə yolu ilə ödəniş etdikdən sonra məlumatları əldə edə biləcəksiniz.
Bərpa Olunan Məlumatlar:
Məlumatların bərpası prosesi bitdikdən sonra 5 iş günü ərzində tam ödəniş olunmalı və nüsxələnmiş məlumat təhvil alınmalıdır. Əks halda müştəri qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Öncədən xüsusi razılıq olmadığı halda, uğurla bərpa edilmiş məlumatların orijinal nüsxəsi müştəriyə təqdim olunduqdan sonrakı 3 iş günü bitdikdən sonra Məlumat Bərpa Xidmətləri bazasından silinir.
Uğursuz Bərpa Səyləri:
Cihazınızdan məlumatların bərpası mümkün olmadıqda, bu barədə sizə yazılı və şifahi məlumat veriləcəkdir.
Orijinal Medianın Qaytarılması:
İstək əsasında, orijinal cihaz sizə qaytarıla bilər. İlkin texniki müayinə zamanı cihazın qiymətləndirilməsi prosesində bütün media qapaqları və kabellər çıxarıla və istifadə oluna bilər.
Tərk Edilmiş Yaddaş Qurğuları:
PITS Global Data Recovery Services laboratoriyasında qəbul edildiyi tarixdən 90 gündən artıq qalmış qurğular utilizə oluna, tamamilə məhv edilə bilər və ya yenidən istifadə ediləcəkdir və buna görə PITS Global Data Recovery Services, ofisimizdə qalan cihaz, media və məlumatlar ilə bağlı bu barədə müştəri və ya üçüncü tərəf qarşısında heç bir öhdəlik daşımır.
Xidmət Məhdudiyyətləri:
Siz (təqdim olunan yaddaş qurğusunun qanuni sahibi olaraq) məlumatların bərpasına zəmanət verilməyəcəyini başa düşürsünüz. Bunu etmək üçün biz hər cür səy göstəririk, lakin heç bir nəticə vəd etmirik. Heç bir halda, PITS Global Data Recovery Services bu cür hadisələr üçün heç bir məsuliyyət daşımır.
Ödəniş Şərtləri:
Uğurla bərpa edilmiş məlumatların təhvil alınmasından əvvəl ödəniş tam olaraq edilməlidir. Ödəmənin PITS Global Data Recovery Services tərəfindən qəbul edilən POS terminal, nağd və/və ya köçürmə ödəniş üsulları ilə həyata keçiriləcəyini qəbul edirsiniz.
Geri Ödəmələr:
Müayinənin nəticəsi təqdim olunduqdan və müştəri tərəfi məlumatların bərpası məbləği ilə tanış olduqdan sonra, bərpa işlərinin başlanılması üçün həmin məbləğin 50% qədərində ilkin ön ödəmə tələb olunur. Məlumatların bərpası mümkün olmadığı halda bu məbləğ müştəri tərəfinə geri ödənilir.
İcazə:
Yaddaş qurğusunu PITS Global Data Recovery Services şirkətinin ofisinə göndərdikdə, şirkətə və işçilərinə, müstəqil podratçılarına, agentlərinə və nümayəndələrinə qurğunu qəbul etmək və daşımaq (məlumatların bərpası üçün göndərilmiş), yoxlama, qiymətləndirmə, məlumat yoxlaması aparmaq üçün avtomatik olaraq icazə verirsiniz.
Qanuni Hüquqlar:
Təqdim olunan cihazın və/və ya məlumatların qanuni sahibinin və ya qanuni sahibinin səlahiyyətli nümayəndəsi olmanıza zəmanət verirsiniz. Bundan əlavə, verilən cihazdakı məlumatların qanuni olmasına zəmanət verirsiniz.
Bərpa olunmuş məlumatların hər zaman fərdiliyinin və məxfiliyinin qorunmasına dair zəmanət veririk. Bununla belə, uşaq zorakılığına dair hallar aşkar edilərsə, Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, uyğun orqana məruzə ediləcəkdir. Hüquq-mühafizə orqanları tərəfindən daxil olmuş məlumat bərpası sifarişləri qanunun icazə verdiyi şəkildə həyata keçiriləcəkdir
Məxfilik:
Şəxsi məlumatlarınızın və/və ya bərpa edilmiş məlumatlarınızın məxfiliyini və təhlükəsizliyini qorumaq hər şeydən önəmlidir. Bununla, qanunun tələb etdiyi hallar istisna olmaqla, məlumatlarınızın məxfiliyini və icazəsiz girişdən qoruyacağımızı və təqdim edilmiş yaddaş qurğularınızı, məxfi məlumatlarınızı məlumatların bərpasından başqa heç bir məqsəd üçün istifadə etməyəcəyimizi təsdiq edir və zəmanət veririk.
Şəxsi Məlumat:
Tam adınızı, e-poçt ünvanınızı, telefon nömrənizi də daxil olmaqla (qanuni sahibin və ya qanuni sahibin səlahiyyətli nümayəndəsinin) qeydiyyat formasında tələb olunduğu kimi haqqınızda doğru məlumat verdiyinizi qəbul edirsiniz. Şəxsi məlumatlarınızı qorumalı və dərhal yeniləməlisiniz. Qeydiyyat formasında təqdim etdiyiniz əlaqə vasitələri vasitəsilə əlaqə qura biləcəyimizi qəbul edirsiniz və işlərinizlə əlaqədar sizə bildiriş göndərə bilərik. PITS Global Data Recovery Services şəxsi məlumatların düzgün saxlanılmasında uğursuzluqlarla əlaqədar heç bir hüquqi məsuliyyət daşımır.
Qanunlara Uyğunluq:
Bir müştəri olaraq, bu veb-saytdan istifadənizlə əlaqədar bütün qanunları, nizamnamələri və qaydalara riayət etməyi qəbul edirsiniz. PITS Global Data Recovery Services hər cür pozuntunu hüquq-mühafizə orqanlarına və ya digər müvafiq orqanlara bildirmək hüququnu özündə saxlayır. PITS Global Data Recovery Services bu veb-saytın xüsusi şərtlərinin bir şəkildə ortaya çıxdığı faktlardan xəbərdar olduqdan sonra zərərin səbəbini və motivini müəyyən etmək üçün müstəqil araşdırma aparmaq hüququnu özündə saxlayır. Belə bir araşdırmada əməkdaşlıq etməyi və nəticələrinin hüquq-mühafizə orqanlarına və ya digər müvafiq orqanlara təqdim edilə biləcəyini və cəza və mülki məsuliyyətə cəlb oluna biləcəyinizi qəbul edirsiniz.
Mübahisələrin Həlli:
İddia edilən pozuntu, xitam verilməsi, etibarlılığı və icrası (“Mübahisə”) daxil olmaqla, razılaşmalardan irəli gələn və ya bununla əlaqədar yaranan hər hansı bir mübahisə ilkin olaraq tərəflərin razılığı ilə həll edilir. Tərəflər öz aralarında razılığa gələ bilməzlərsə, mübahisənin həll olunması müvafiq Bakı İnzibati-İqtisadi Məhkəməsinə verilir.