Yaddaş Kartı Məlumat Bərpası

Zəmanətli
Fayl Bərpası

Mütəxəssislərimiz minlərlə zədələnmiş və ya sıradan çıxmış CF və SD kartlardan fotoşəkillər, videolar, sənədlər və digər fayllar kimi məlumatların bərpasını ediblər.

Qlobal Təcrübə

Təcili Xidmətlər

99% Uğur dərəcəsi

Peşəkar Yaddaş Kartı Məlumat Bərpası Xidmətləri

Məlumatları saxlamaq üçün hər gün istifadə etdiyimiz bir çox flash yaddaş qurğusu var. Bu kiçik saxlama cihazları bəzən qəfildən sıradan çıxa bilir. Bu halda nasaz yaddaş kartlarınızdakı məlumatları necə xilas edəcəyinizi bilmirsinizsə, peşəkar məlumat bərpa xidmətlərinə müraciət edib, növbəti addımlarla bağlı məsləhət ala bilərsiniz.

Portativ flash yaddaş qurğuları hər gün istifadə zamanı təhlükəli hallar ilə üzləşirlər. Mütəmadi olaraq bu qurğuları kart yuvasına və portlara salıb çıxardıqda məlumat zədələnməsi və təsadüfi silinmə hallarının baş vermə ehtimalı xeyli yüksəlir.

PITS Global Data Recovery Services flash yaddaş qurğularından itirilmiş və ya silinmiş məlumatların bərpa prosesini həyata keçirir. Yüksək ixtisaslı mühəndislərimiz fiziki zədəsi olan flash qurğulardan, SD kartlardan və NAND əsaslı digər flash yaddaş çiplərindən məlumatlarınızı təhlükəsiz şəkildə bərpa edir.

Komandamız 100% müştəri məmnuniyyəti üçün hər bir kiçik detala diqqət yetirir. Yaddaş kartlarında məlumat bərpası namümkün deyil. Problemin həlli üçün spider board – “hörümçək lövhəsi” adlanan bənzərsiz bu üsul kimi bir çox fərqli qabaqcıl mikro lehimləmə üsullarından istifadə edirik. Veb səhifələrimizdəki rəylər məlumat bərpa xidmətlərimiz haqqında çox şey söyləyir.

Xidmətlərimizin Üstünlükləri

Şirkətimizin mütəxəssisləri zədələnmiş yaddaş kartlarından, CF, SD və ya Mikro SD kartlardan istənilən formada itirilmiş məlumatları işlək vəziyyətinə qaytarır. Nasaz yaddaş kartı ilə qarşılaşdıqda məlumatlarınızın bərpa ehtimalını artırmaq üçün özünüz təmirə və ya məlumat bərpasına cəhd etməməlisiniz; Bunun yerinə bizimlə əlaqə saxlayın.

PITS Global Data Recovery Services sizi məmnun edəcək müstəsna müştəri xidmətləri təqdim edirik.

CFexpress və SD Kart: Xüsusiyyətlərinin Müqayisəsi

SD Kart Bərpa Xidmətləri

CF Kart Bərpa Xidmətləri

Niyə Məhz Biz?

24/7 Təcili Xidmətlər

Məlumat itkisi istənilən vaxt baş verə bilər. Mütəxəssis komandamız ilboyu, günün 24 saatı sizin xidmətinizdədir və ehtiyac duyduğunuz anda dərhal dəstək göstərməyə hazırdır.

Risksiz Qiymətləndirmə

Əvvəlcə heç bir öhdəlik tələb etməyən ilkin qiymətləndirmə aparırıq. Texniklərimiz cihazı yoxlayır, problemi müəyyən edir və sizə bərpa üçün təklif təqdim edirlər ki, qərarınızı rahatlıqla verə biləsiniz.

100% Məmnunluq Zəmanəti

Sizin məmnunluğunuz bizim üçün önəmlidir. İllərin təcrübəsinə əsaslanaraq, uğurlu bərpa və etibarlı, peşəkar xidmət göstərməyə sadiqik.

Professional Məlumat Bərpası

Məlumat Bərpası Lazımdır?

Qiymətləndirmədən bərpaya qədər prosesimiz təhlükəsiz, şəffaf və maksimum uğur üçün qurulub.

Bərpa Prosesinə Başla

"*" indicates required fields

Məlumat Bərpası Prosesimiz

1
İlkin Müzakirə

Məlumat itkisi ilə bağlı vəziyyəti müzakirə etmək üçün ilkin konsultasiya ilə başlayırıq. Əməkdaşlarımız qiymətləndirmə prosesini izah edərək, hər bir mərhələni tam şəkildə başa düşməyinizi təmin edirlər.

2
Qeydiyyat və Qiymətləndirmə

Qərarınızı verdikdən sonra ofisimizə yaxınlaşırsınız və sizi qeydiyyata alırıq. Daha sonra əməkdaşlarımız cihazı qiymətləndirir və məlumatların bərpa olunma ehtimalını müəyyən edirlər. Bu qiymətləndirmənin nəticələrinə əsasən, vəziyyətə uyğun bərpa planı hazırlanır.

3
Qiymət Təklifi və Seçimlər

Qiymətləndirmədən sonra dəqiq bir qiymət təklifi təqdim olunur. Qiymət zədələnmənin dərəcəsi, bərpa prosesinin mürəkkəbliyi və tələb olunan müddətə əsasən təyin edilir. Əgər davam etməyə qərar versəniz, bərpa prosesinə başlayırıq. Əks halda, daşıyıcınız heç bir əlavə öhdəlik olmadan dərhal geri qaytarılır.

4
Yoxlama Mərhələsi və Nüsxələmə

Məlumatlar uğurla bərpa olunduqdan sonra sizi ofisimizə dəvət edirik və yoxlama sessiyası keçirilir. Təsdiqdən sonra siz yeni yaddaş qurğusu təqdim edirsiniz və bərpa edilmiş fayllar həmin qurğuya nüsxələnir. Bütün proses boyu məlumatlarınızın məxfiliyi və təhlükəsizliyi tam şəkildə qorunur.

Müştəri Rəyləri

Minlərlə müştəri məlumatların bərpasında yüksək müvəffəqiyyət nisbətimizə görə bizə etibar edir. Mükəmməlliyə sadiqliyimiz bizə güvənən məmnun müştərilərin dəyərli rəylərini qazandırdı.

Ümumi Rəylər

1,000+

21%

Rəylərdəki bu il ərzindəki artım

Ortalama Reytinq

4.9

Daimi mükəmməllik

Bərpa Edilmiş Qurğular

100,000+

Sənaye üzrə aparıcı uğur göstəricisi

Müraciət Et

Peşəkar Bərpa

Sizə Kömək Etmək üçün Burdayıq

Təcrübəli komandamız vacibli məlumatlarınızı bərpa etməyi hədəfləyir. Yaddaş qurğusunun vəziyyətindən aslı olmayaraq ən yaxşı nəticəni almaq üçün mümkün bütün cəhdləri edir, səylə işləyirik. İndi müraciət edin və sizin üçün vacib olanı bərpa edək. 

Bərpa Prosesini Başlat