Sizə Kömək Etmək üçün Burdayıq

Məlumat Bərpasında güvənilir Partnyorunuz

Bizimlə telefon, müraciət forması və ya e-poçt vasitəsilə əlaqə saxlaya bilərsiniz. Biz başa düşürük ki, məlumat itkisi stresli və narahat edici bir hal ola bilər, buna görə sizə sürətli və səmərəli xidmət göstərməyi öz öhdəmizə götürürük.

Mütəxəssislərdən ibarət komandamız məlumatların bərpası sənayesində illərlə təcrübəyə malikdir və biz hər zaman ən son texnologiya və texnikalardan xəbərdarıq. Biz müştərilərimizə mümkün olan ən yaxşı xidməti təqdim etməyə sadiqik və daim təkmilləşdirmə yollarını axtarırıq.

Biz məlumatlarınızın sizin üçün nə qədər vacib olduğunu başa düşürük və məlumatlarınızı mümkün qədər tez və səmərəli şəkildə bərpa etmək üçün əlimizdən gələni edəcəyik. Beləliklə, hər hansı bir məlumat bərpa xidmətinə ehtiyacınız varsa, bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Biz həmişə kömək etmək üçün buradayıq!

Bizə Zəng Edin

Məlumat bərpa prosesinə dərhal başlamaq üçün (012) 311 01 32 nömrəsi ilə əlaqə saxlayın.

Bizə Müraciət Edin

Onlayn formanı doldurun və məlumatların bərpasına mümkün qədər tez başlamaq üçün sizinlə əlaqə saxlayacağıq.

Bizim Ünvanımız

AF Business House, 203B Nizami küçəsi, Bakı, Azərbaycan.

Bizə yazın

Hər hansı bir sual və ya şərhiniz varsa, info@pitsdatarecovery.az e-poçt ünvanımıza yaza bilərsiniz

Məlumat Bərpası Prosesimiz

1
İlkin Müzakirə

Məlumat itkisi ilə bağlı vəziyyəti müzakirə etmək üçün ilkin konsultasiya ilə başlayırıq. Əməkdaşlarımız qiymətləndirmə prosesini izah edərək, hər bir mərhələni tam şəkildə başa düşməyinizi təmin edirlər.

2
Qeydiyyat və Qiymətləndirmə

Qərarınızı verdikdən sonra ofisimizə yaxınlaşırsınız və sizi qeydiyyata alırıq. Daha sonra əməkdaşlarımız cihazı qiymətləndirir və məlumatların bərpa olunma ehtimalını müəyyən edirlər. Bu qiymətləndirmənin nəticələrinə əsasən, vəziyyətə uyğun bərpa planı hazırlanır.

3
Qiymət Təklifi və Seçimlər

Qiymətləndirmədən sonra dəqiq bir qiymət təklifi təqdim olunur. Qiymət zədələnmənin dərəcəsi, bərpa prosesinin mürəkkəbliyi və tələb olunan müddətə əsasən təyin edilir. Əgər davam etməyə qərar versəniz, bərpa prosesinə başlayırıq. Əks halda, daşıyıcınız heç bir əlavə öhdəlik olmadan dərhal geri qaytarılır.

4
Yoxlama Mərhələsi və Nüsxələmə

Məlumatlar uğurla bərpa olunduqdan sonra sizi ofisimizə dəvət edirik və yoxlama sessiyası keçirilir. Təsdiqdən sonra siz yeni yaddaş qurğusu təqdim edirsiniz və bərpa edilmiş fayllar həmin qurğuya nüsxələnir. Bütün proses boyu məlumatlarınızın məxfiliyi və təhlükəsizliyi tam şəkildə qorunur.

Müştəri Rəyləri

4.9

100,000+ Bərpa Edilmiş Qurğular

Rauf Xoyluyev
PİTS-ə minnətdaram, çünki sərt diskimdə itmiş məlumatları bərpa edib mənə geri verdilər. Bütün şəkillərimi və videolarımı yenidən görmək məni çox xoşbəxt etdi. Ümid edirəm ki, birdə məlumatlarımı belə itirmərəm, amma işdi birdən yenə belə bir şey baş versə, birinci onları axtaracağımdan əmin ola bilərsiniz.
Daha çox oxu
tebriz quıiyev
Salamm coxx sagolun ki butun melumatlari geri qaytara bildiniz . Bu bir heqiqetdi ki mumkunsuz olan bir isi bacardiniz bir daha cox sagolun.
Daha çox oxu
Emin Alekperov
Ela xidmet, peshakarliq, xosh davranish. Meni cox sevindirdiler, ele bildim menim faylarim silindi. Ishiniz avand olsun. Ugurlar!!
Daha çox oxu
Sevda Məmmədova
Peşəkar xidmət, yüksək keyfiyyət! Format olunmuş, zədələmiş, İstifadəyə yararsız Hard discdən bütün məlumatlar bərpa olundu. Keyfiyyətli xidmət üçün təşəkkürlər,PİTS komandası !
Daha çox oxu
Khadija Janaliyeva
Məlumatlarımın bərpa olacağına çox bir ümidim yox idi. Müştəri xidmətləri əladır, tez-tez əlaqə saxlayıb diskin vəziyyəti və görülən işlərlə bağlı xəbər verirdilər. Bir sözlə məlumatlarınızın məxfiliyi və işlək çıxarılması üçün narahat olmayın. Təzə disk təqdim edirsiniz, çıxarılan məlumatları ora kopyalayırlar. İşləyib işləmədiyini də yoxlamağa icazə verirlər. Buradan PİTS komandasına təşəkkür edirəm.👏🏻
Daha çox oxu
Oktay Orucov
Kameramın SD kartı nə kameraya, nə də kompüterə qoşanda görünmürdü, bəxtdən içində yaxın vaxtda təhvil verməli olduğum məlumatlar var idi. PİTS-ə gətirdim, tez diqanoz qoydular, şəkilləri də 2 günə bərpa etdilər. Ümumilikdə məmnun qaldım.
Daha çox oxu